Baydenin 24 aprel açıqlamasının heç bir hüquqi nəticələri yoxdur - ABŞ Dövlət Departamenti

22:49 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1915-ci il hadisələri ilə əlaqədar ABŞ prezidenti Co Baydenin "soyqırımı" olaraq xarakterizə etdiyi son açıqlamalarının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.

Hafta.az "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatını qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualını şərh edərkən deyib.

Dovlət Departamentindən bildirilib: "Prezidentin son açıqlaması "Xarici Dövlətlərinin İmmuniteti haqqına" Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb".

Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırımı" sözündən istifadə edib.